“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə səyyar qəbulu keçirilib.
Bineqedi.info xəbər verir ki, görüşdə YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəzalı ağacların götürülməsi, yaşadıqları binaların zirzəmilərinin vəziyyəti, ünvanlı sosial yardımlarla və binaların lift problemi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Bineqedi.info
















