YAP Binəqədi rayon təşkilatının əməkdaşları qadın və uşaq sığınacağında olublar – FOTOLAR

0
97
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, aparatın əməkdaşları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Binəqədi rayonunda yerləşən qadın və uşaq sığınacağında olublar.
Bineqedi.info saytına verilən məlumata görə, qadın və uşaq sığınacağını ziyarət edən əməkdaşlar daha sonra mərkəzin sədri Mehriban Zeynalova ilə görüşüb, onların ehtiyacları, problemləri ilə maraqlanıblar. Mehriban Zeynalova sığınacaq barədə onlara ətraflı məlumat verib. Bildirib ki, burada qadınların və uşaqların rahat yaşaması üçün hər cür şərait yaradılıb. O, eyni zamanda sığınacağa təşkil edilən ziyarətə görə təşəkkürünü bildirib.
Bir 12 kişi, çocuk, ayakta duran insanlar ve açık hava görseli olabilir
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva uşaqları əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını bildirib. Ölkəmizdə uşaqların hüquqularının təminatı və onların hərtərəfli inkişafı üçün atılan addımlardan bəhs edib.
Bir 3 kişi, çocuk, ayakta duran insanlar ve açık hava görseli olabilir
Sonda körpələrimiz AZMİU nəznində Bakı Humanitar Kollecin istedadlı kollektivinin ifasında onlar üçün hazırlanan bədii hissəyə və müxtəlif şoulara tamaşa ediblər.
Bir 7 kişi, çocuk, ayakta duran insanlar, balon ve açık hava görseli olabilir
Görüşün sonunda sığınacaq mərkəzinin sakinlərini hədiyyələr ilə sevindiriblər.
Görüş sığınacaq sakinlərində xoş təəssüratlarla yadda qalıb.
Bineqedi.info
Bir 7 kişi, çocuk, ayakta duran insanlar, balon ve açık hava görseli olabilirBir 4 kişi, çocuk ve ayakta duran insanlar görseli olabilirBir 14 kişi, çocuk, ayakta duran insanlar ve açık hava görseli olabilir
Əvvəlki məqaləVətən müharibəsində Binəqədi rayonundan 74 nəfər şəhidlik zirvəsinə ucalıb
Növbəti məqalədəErməni vandalizmi: ABŞ Dövlət Departamenti təsdiqləyir, UNESCO isə susur