Binəqədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilib – FOTOLAR

0
82
bineqedi-elxan-allahverdiyev.png
143 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin küçə və parkların işıqlandırılması, ağacın ərazidən götürülməsi, vətəndaşın işlə təmin olunması, yaşayış yerində küçənin bir hissəsinə asfalt örtüyünün vurulması, yaşayış massivində su borularının çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Elektron Hökümət portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verdi, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib.
Bineqedi.info
Bir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 13 nəfər, oturan insanlar və içəridə şəkili ola bilərBir 14 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 13 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 13 nəfər, oturan insanlar, kostyum və içəridə şəkili ola bilərBir 15 kişi, oturan insanlar ve iç mekan görseli olabilirBir 8 kişi ve oturan insanlar görseli olabilir
Əvvəlki məqaləBinəqədidə uzunluğu 1 kilometrdən çox olan yol təmir edilir – VİDEO
Növbəti məqalədəŞəhidin Elvin Bayramovun yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı oldu – FOTOLAR