Binəqədidə keçiriləcək “Fəxri qonaq” layihəsinin növbəti qonağı Zahid Məmmədov olacaq – ELAN

0
125
bineqedi-gencler-evi
Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir!
13 iyul 2022-ci il tarixdə Binəqədi Gənclər Evində keçiriləcək layihənin növbəti görüşü “Moda və iqtisadiyyat” mövzusunda olacaq.
Bineqedi.info saytına verilən məlumata görə, layihənin qonağı iqtisad elmləri doktoru, əməkdar müəllim, professor Zahid Məmmədov olacaq.
Qeyd edək ki,Zahid Məmmədov Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Tarix: 13 iyul
🕐Saat: 15:00
📌Məkan: Binəqədi Gənclər Evi
Bineqedi.info
Bir 1 kişi ve yazı görseli olabilir
Əvvəlki məqaləTƏBİB əhaliyə müraciət etdi
Növbəti məqalədəTovuz döyüşlərindən 2 il ötür