Zirvədən gələn səs…

0
277
ilham-eliyevin-oglu-prezident
Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı xeyli az olur. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Hər şeydən əvvəl öz möhtəşəm və təkrarolunmaz tarixini, sonra isə memarı olduğu müstəqil, azad və dinamik inkişafda olan Azərbaycan tarixini yaradan Ümummilli lider Heydər Əliyev xalqımıza böyük nemətlər və töhfələr vermişdi. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər minlərlə azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır. Bir avropa lideri demişdi: ”Heydər Əliyevin vəfatı ilə dünya bir az da kiçildi”. Şükürlər olsun ki, dünya nə qədər kiçilsə də, Azərbaycanın sərhədləri daha da böyüməyə başladı. Bu gün Azərbaycan Heydər Əliyev irsinin laiqli davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı altında hər gün inkişaf edir və tanınır. Hər səfəri bir uğur, bir qələbə, bir nəaliyyətlə başa çatır.
İşğaldan azad olunmuş Qarabağın, Kəlbəcərin bərpasından, yenidən qurulması prosesinə start veriləcəyindən, cənnətməkan Kəlbəcəri cənnətə də çevirəcəyindən daim ürəkdolusu danışan Prezident İlham Əliyev 26 iyun məhz, Azərbaycan Silahlı Qüvvələri günündə Kəlbəcərin Baş Planını təsdiq etdiyi, erməni vandallarının xarabalığa çevirdiyi dünya əhəmiyyətli “İstisu” sanatoriyasının bünövrəsini qoyduğu Kəlbəcərə növbəti səmərəli səfərindən yenicə qayıtmışdı. İyunun 29-da isə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçiriləcəkdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu görüşə dəvət almışdı.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi xüsusi hörmət və ehtiramla qarşıladı. Çıxış zamanı Türkmənistan Prezidentini təbrik edən ölkə başçımız Azərbaycanın Xəzəryanı ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinin böyük əhəmiyyətindən, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyətindən, dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətindən və əməkdaşlığından ürəkdolusu danışdı. O qeyd etdi ki, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.
O, Azərbaycanın Vətən müharibəsində Qələbəsini, Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını və bərpasını, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə görülən genişmiqyaslı işləri, Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini də böyük qürur hissi ilə qeyd etdi. Həmçinin ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığını, Xəzər dənizinin ekoloji problemlərini, bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyətini də konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Sonda Sammitin səmərəli təşkilinə görə Türkmənistan tərəfinə bir daha təşəkkürünü bildirən Azərbaycan Prezidentini dərin məzmunlu çıxışa görə təşəkkür və razılıqla qarşıladılar.
Allahın köməyinə, özünün proqramatik bilik və bacarığına, xalqının dəstəyinə arxalanaraq hər sınaqdan üzüağ çıxan, nəyi, harada və necə edəcəyini mükəmməl bilən cənab Prezident budəfəki görüşdən də qürur və fəxarət hissi ilə vətənimizə döndü.
Ulu Tanrı Sizə yar olsun, xalqının sevimlisi!
…Şükür olsun Allaha, daddıq sevinci.
Qarabağ dünyada nadir bir inci.
Bu bəla, bu kədər olsun sonuncu.
Yaşa, Prezidentim, Səni min yaşa!
Sən ki qələbəni gətirdin başa!
Adil Həmid, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatının sədri, şair-publisist
Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatında partiya üzvləri ilə görüşü keçirilib – FOTOLAR
Növbəti məqalədəRusiya Ukraynada PUSQUYA DÜŞDÜ – Kremldən ETİRAF: Qarabağa görə…