Binəqədinin igid oğlu, şəhid Emin Bağırovun məzarı ziyarət olunub – FOTOLAR

0
85
15 iyun tarixi elin igid oğlullarından biri – Aprel döyüşləri qəhrəmanı Emin Bağırovun doğum günüdür.
Bineqedi.info saytı xəbər verir ki, şəhidin doğum günü münasibətilə məzarı ziyarət olundu. Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinin rəis müavini polkovnik-leytenant Mail Hacızadə, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazisi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Mətanət Nəsibova, YAP Binəqədi rayon təşkilatının məsul əməkdaşı Kübra Əliyarlı, şəhid ailələrinin üzvləri, qəsəbə sakinləri və rayon ictimaiyyəti iştirak ediblər.
Bir 5 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilir
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə xalqımızın ehtiramını bildirərək, 2016-cı ilin aprel döyüşlərinin Ordumuzun və xalqımızın tarixində yeni dövrün–Qələbə dövrünün başlanğıcı olduğunu, Aprel döyüşlərinin, eyni zamanda, bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərdiyini, xalqımızın ədaləti tezliklə bərpa edəcəyinin, düşmən işğalı altında qalan torpaqlarımızın azad olunacağı mesajını verdiyini. xalqımızın mövqeyini, həmrəyliyini, əqidəsindən, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Vətən, torpaq, el-oba yolunda hər cür fədakarlığa hazır olduğunu təsdiqlədiyini, 2020-ci il 27 sentyabr tarixində Ali Baş Komandanımızın xalqa üz tutaraq Vətən savaşının başlandığını elan etdiyi zaman xalqımızın həmrəy olaraq Vətənin müdafiəsinə qalxığını, rəşadətli Ordumuzun 44 günlük Zəfər yürüşündə hamımıza çox böyük xoşbəxtlik yaşatdığını, ürəyimizi qürurlandırdıqlarını söyləyib.
Bir 11 kişi ve ayakta duran insanlar görseli olabilir
Sonra Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında uyuyan Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi rayon ictimaiyyəti tərəfindən böyük ehtiramla yad edilib.
Emin İmran oğlu Bağırov 2016-cı il aprelin 4-də Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və doğulduğu Bakı şəhəri Binəqədi rayonunda Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.
Bir 4 kişi ve ayakta duran insanlar görseli olabilir
Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Bineqedi.info
Bir 3 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 13 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 12 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilirBir 9 kişi ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 11 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Əvvəlki məqalə“Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, bunu açıq desin”
Növbəti məqalədəBinəqədidə qatar deposunda yanğın olub – FHN VİDEO YAYDI