Binəqədidə görülən işlər sakinlərin ürəyincədir – Abadlaşan, inkişaf edən Binəqədimiz…

0
132
prezident-bineqedi

Binəqədi ərazisinə və əhalisinin sayına görə Bakının ən böyük rayonlarından biridir. Bakının dörd böyük mikrorayonunu və beş qəsəbəsini birləşdirən Binəqədi rayonunda son illər genişmiqyaslı abadlıq, yenidənqurma işləri görülməkdədir. Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonunun həyatında yeni mərhələ başladı. Elxan Allahverdiyev cənab Prezidentin sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra rayonumuzun həyatında yeni mərhələ başladı.

Əvvəlcə ondan başlayaq ki, bir vaxtlar Binəqədidə ancaq parklarda aparılan abadlıq, quruculuq işlərindən danışardıq. Ancaq bu gün Binəqədidə əksər binaların həyətləri abadlaşdırılır, abad məhəllələr salınır, uşaq oyun meydançaları quraşdırılır.

Məhəllədaxili yolların və meydançaların asfalt örtüyünün dəyişdirilməsi, binaların qarşısında müasir tələblərə cavab verən yeni stadionların tikintisi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının hər bir sakinin müraciətinə necə həssaslıqla yanaşdığının göstəricisidir.

Sakinlərin öz müraciətləri ilə yanaşı, səyyar qəbulların keçirilməsi də Elxan Allahverdiyevin xüsusi diqqətində saxladığı məsələlərdəndir. Saytımızda mütəmadi olaraq xəbər verdiyimiz kimi, ay ərzində bir neçə ünvanda vətəndaşların səyyar qəbulu keçirilir, onların müraciətləri araşdırılır, qaldırılan məsələlərlə bağlı müvafiq adımlar atılır. İş təkcə səyyar qəbulla yekunlaşmır, cənab başçı sonrakı dövrlərdə də həmin məsələlərin icrası ilə maraqlanır, müvafiq tapşırıqlarını verir.prezident-bineqedi

Elxan Allahverdiyev başçı təyin olunduqdan sonra Binəqədi Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb, savadlı, gənc, peşəkar kadrlara etimad göstərilib və proses davam etməkdədir…

Aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonda küçə, prospekt və parklar abadlaşdırılır, təmizlik və təmir-bərpa işləri görülür, yaşıllıqlara qulluq göstərilir.

İcra Hakimiyyəti başçısının tapşırıqlarına uyğun olaraq Bakının “Şimal qapısı” adlandırılan Binəqədi rayonunda həyətlərin abadlaşdırılmasında, yaşayış binalarının dam örtüklərində, girişlərində, zirzəmilərində əsaslı təmir işlərinin aparılmasında Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi mühüm rol oynayır.

Prezident İlham Əliyevin verdiyi bütün tapşırıq və tövsiyələr Binəqədi rayonunda öz bəhrəsini verir. Rayonun bütün qəsəbə və yaşayış massivlərində, mikrorayonlarda genişmiqyaslı abadlıq və quruculuq işləri görülüb, irihəcmli infrastruktur layihələri gerçəkləşdirilib və proses davam etməkdədir.elxan-allahverdiyev-seyyar-qebul.png

Rayon ərazisində yaşayış binalarının zirzəmiləri, binadaxili su və kanalizasiya xətləri, pilləkən qəfəsləri əsaslı təmir olunur. Hündürmərtəbəli binalardakı təmirə ehtiyacı olan liftlər təmir olunur, bəziləri isə yenisi ilə əvəzlənir. Rayon ərazisində çoxmənzilli yaşayış binalarının fasad hissəsinin müasir standartlara uyğun yenidən qurulması işləri də davam etdirilir.

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə müasir standartlara uyğun yeraltı və yerüstü piyada keçidlərinin inşası da diqqət mərkəzindədir.

Rayonda ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması da diqqət mərkəzində saxlanılır. Belə ki, yeni yaşıllıq örtüyü salınır, müxtəlif növ gül-çiçək və dekorativ kollar, eləcə də müxtəlif növ ağaclar əkilir.

Binəqədi rayonunun ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə sənəd verənlər arasında tələbə adını qazananların sayının artması da qürurverici məqamlardandır.

Rayon ərazisində məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də işlər görülməkdədir. Körpələr evi-uşaq bağçalarındakı şərait ən müasir tələblərə uyğunlaşdırılır.

Binəqədi rayonunda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı da mühüm adımlar atılır. Müasir standartlara uyğun həkim məntəqələrinin sakinlərin ixtiyarına verilməsi, səhiyyə ocaqlarında əsaslı təmir-tikinti işlərinin aparılması buna sübutdur.

Binəqədi rayonunda sənaye, tikinti, məşğulluq, ekologiya, abadlıq işləri ilə yanaşı, elektrik enerjisi, içməli su, təbii qaz, nəqliyyat, telekommunikasiya xidmətləri sahəsində görülən işləri də xüsusi vurğulamaq lazımdır.

Elxan Allahverdiyevin rəhbərliyi altında rayon ərazisində icra edilən hər bir layihənin  özünəməxsus yeri və əhəmiyyəti var.

Binəqədi rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin təmiri-tikintisi, abadlıq, quruculuq işlərinin aparılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib.

Rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan sahibkarlığın inkişafına Binəqədidə xüsusi diqqət verilir. Bunun nəticəsidir ki, il ərzində rayonda çox sayda yeni sahibkarlıq subyekti fəaliyyətə başlayıb.

elxan-allahverdiyev-bineqedi.

Binəqədi rayonunda əhalinin sosial müdafiəsi də daim diqqətdə saxlanılır. Vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə rayonda aidiyyəti idarə və müəssisələr müvafiq tədbirlər həyata keçirirlər.

Rayonda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində zəruri adımlar atılır.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçı Elxan Allahverdiyevin xüsusi həssaslıqla yanaşdığı məsələlərdən biri də şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdır.

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müntəzəm işlər görülür, belə ailələr daimi olaraq ziyarət edilir, hər bir müraciətləri diqqətdə saxlanılır. Əminik ki, bu kateqoriyadan olan sakinlərə diqqət və qayğının genişləndirilməsi istiqamətində işlər bundan sonra da davamlı olaraq həyata keçiriləcəkdir.

elxan-allahverdiyev

Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının rayon ərazisində həyata keçirilən bu işlərdə önəmini də xüsusi vurğulamaq yerinə düşərdi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun rəhbərliyi altında rayonda bu istiqamətdə çoxsaylı tədbirlər, layihələr həyata keçirilib. Ərazi ilk partiya təşkilatları ilə əlaqələrin intensivləşdirilməsi, ideoloji işlərin ən yüksək səviyyədə qurulması istiqamətində mühüm işlər görülür. Gənclərin elmə, təhsilə yiyələnmələri, intellektual səviyyəsinin artırılması, peşəkar kadrlar olaraq yetişmələri, onlara dövlətçilik, vətənpərvərlik ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin mənimsədilməsi, ictimai-siyasi proseslərdə fəal iştirak etmələrinin təmin edilməsi məqsədilə zəruri adımlar atılmaqdadır.

bineqedi-qebul-icra-hakimiyyeti-elxan-allahverdiyev

Bəli, bu gün biz Binəqədi rayon sakinləri olaraq görülən işlərdən məmnunuq.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin rəhbərliyi altında rayonumuzda görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminik.

İşiniz avand olsun…

Hikmət Həsənov, Bineqedi.com və Bineqedi.info saytlarının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı

Əvvəlki məqaləPrezident Azərbaycanın media nümayəndələrini TƏBRİK EDİB – MÜRACİƏT
Növbəti məqalədəTürkiyə ordusu Qarabağa YERLƏŞDİRİLƏ BİLƏR? – Rusiya işini bilir…