Müəllimlərin əmək haqqı sistemi yenilənəcək

0
50
emin-emrullayev-tehsil-naziri

Müəllimlərin əmək haqqı sistemi yenilənəcək.

Bineqedi.infosaytı əbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.

O qeyd edib ki, 137 000 təhsilverənin sertifikasiyası və 68 000 nəfərin differensial əməkhaqqı sisteminə cəlb olunması nəzərdə tutulur.

“Təhsilin keyfiyyətinə təsir edən əsas amil tədris günlərinin sayıdır. Bizim cəmiyyətimiz isə hələlik tədris günlərinin sayının artırılmasına ürəklə yanaşmır”.

Nazir bildirib ki, nümunə göstərilən ölkələrdə tədrisin müddəti, təxminən, 42-44 həftədir: “Azərbaycanda isə bu 36 həftədir və orta müddət sayılır. Təhsil işçisi olaraq hesab edirəm ki, müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır.

Tədris müddətinin iyunun 14-dək uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Bunun insan sağlamlığına vura biləcəyi zərərlələ bağlı ciddi miflər mövcuddur. Bu günədək oxumaqdan kiməsə ciddi ziyan dəyməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa gələcəyi daha yaxşı olar. Təbii ki, oxumaq da qədərində olmalıdır. Şagirdlər oxumağa həmişəkindən 2 saat əlavə vaxt ayırsalar kifayətdir. Uşaq çox dincələrsə böyüyəndə ciddi problemləri ola bilər. Uşaqları oxumağa həvəsləndirməyə və cəmiyyət də tədris müddətinin uzadılmasına dəstək olmağa dəvət edirəm”.

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsirinə aydınlıq gətirib. O, 2021-2022-ci tədris ilində dərslərin dayandırılmadığını xatırladıb.

“Əgər koronavirusa yoluxma artarsa oxşar model yeni tədris ilində də tətbiq edilə bilər. Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Hesab edirəm ki, payız mövsümündə yoluxma sayının artmasının məktəblərin bağlanmasına səbəb olması ehtimalı azdır. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”, – nazir vurğulayıb.

“Bu gün təxminən 10 mindən artıq insan pedaqoji sayılan ixtisaslara daxil olur. Hər il tək ümumtəhsil müəssisələri üçün 7-8 min vakansiya veririk. Hesab edirəm ki, bununla bağlı balans qorunur və gələcəkdə bu tendensiyanı qorumağa çalışacağıq”.

Nazirin sözlərinə görə, müəllim hazırlığı adətən bütün ölkə üçün hesablanır:

“Etiraf edək ki, müəllimlərimiz adətən öz evinə yaxın məktəbdə işləmək istəyir. Hazırladığımız müəllim sayı bir qədər vakansiyalardan çox olur. Bu da təbiidir, çünki hamı müəllim olmaq istəmir. Odur ki, tələbə uyğun da pedaqoji heyət hazırlanacaq”.

“Bəzi regionlardakı bir çox məktəblərdə 8 ibtiadi sinif üçün 22 müəllim fəaliyyət göstərir. Həmin müəllimlərin sayının artıq olması da ayrı suallar yaradır”.

O əminliklə bildirib ki, həmin müəllimlər son illərdə işə götürülməyib: “Çünki biz son illərin müəllim şagird nisbətinə nəzarət edirik. Ona görə də vakasinyanı az veririk”.

Təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfranslarında media nümayəndələrinə ayrılan yerin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləyib.

Nazir media təmsilçilərinin ön sıralarda əyləşməsini məqbul sayıb.

“Həmkarlarımızı hər gün görürük və yaxın ünsiyyətimiz olur. Ona görə də onların ilk sırada deyil, ikinci və üçüncü sırada oturmasında heç bir problem yoxdur”, – nazir söyləyib.

E.Əmrullayev məsələ ilə bağlı nazirlik rəsmisinə tapşırıq veib.

Qeyd edək ki, nazirin bugünkü brifinqində ön sırada Təhsil Nazirliyinin əməkdaşları oturub. Tədbirdə iştirak edən jurnalistlərdən biri media nümayəndələrinin ön sırada əyləşməsini təklif edib. Təklifə səbəb media nümayəndələrinin arxa oturacaqlarda oturması və səsi eşitməmələridir. Belə vəziyyətdə jurnalistlər səsucaldanın yanında ayaqüstə dayanmaları olublar.

Bineqedi.info

Əvvəlki məqaləYeni məktəbli formalarının ilkin qiyməti açıqlandı – Video
Növbəti məqalədəBinəqədi rayonu ərazisində abadlıq, təmizlik işləri davam etdirilir – FOTOLAR