Tanışının bankdan götürdüyü krediti oğurladı

0
9877
manat

Paytaxtın Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb.

Bineqedi.com qafqazinfo-ya istinadən xəbər verir ki, zərərçəkmiş şəxs bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəldiyini, bu məqsədlə bankların birindən 4000 manat məbləğində kredit vəsaiti götürərək yaşadığı evə gətirdiyini, amma mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.

Binəqədi rayonu ərazisində polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqaləElxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto
Növbəti məqalədəBaş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı – Dəyişiklik