Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
119
elxan-allahverdiyev-qebul.png
246 nömrəli məktəb-liseyin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə iştirak edən mikrorayon sakinləri yerlərdə qəbulların təşkilinə, vətəndaşlara göstərilən diqqət və qayğıya, bundan öncəki səyyar görüşlərdə müzakirə olunan və sakinləri narahat edən problemlərin qısa müddət ərzində müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nəaliyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi və görüşdə iştirak edən sakinlərin yaşayış binasında içməli su çatışmazlığı, zirzəminin dezinfeksiyası, yaşayış binasında istiliyin təmin edilməsi, küçə işıqlarının bərpa edilməsi, vətəndaşın ödənişsiz xarici dil və komputer kursunda təhsil alması, yaşayış binasının qarşısında söhbətgahın quraşdırılması və mikrorayon ərazisində yerləşən istirahət guşələrində müvafiq abadlıq işlərinin görülməsi, vətəndaşın işlə təmin olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bineqedi.info
Bir 5 kişi, oturan insanlar ve iç mekan görseli olabilirBir 12 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 14 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 14 kişi, oturan insanlar, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'ARMANI ARMANIJEANS JEANS 1' görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir bir veya daha fazla kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləBu şəxslərin maaşları artırıldı
Növbəti məqalədəBakıda piknik yerləri: qiymətlər