Binəqədi bələdiyyələrinin Koordinasiya şurasının iclası keçirilib – FOTOLAR

0
79
bineqedi-belediyye-iclas.png
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələrin Koordinasiya şurasının iclası keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, iclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İskəndər Cahingir-zadə, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin rəhbər şəxsləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələrinin əməkdaşları iştirak etdilər.
İclasda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Koordinasiya şurasının sədri Hacıbaba Babayev əhalinin sosial əhəmiyyətli sifarişlərinin, ərazinin sosial-iqtisadi inkişafı və bələdiyyələrin səlahiyyətlərinə aid olan yerli əhəmiyyətli məsələlərin müzakirə olunmasının, problemlərin birgə həlli yollarının müəyən edilib müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İskəndər Cahingir-zadə ötən dövr ərzində əldə olunan nailiyyətlər haqqında məlumat verib.
İclas şura üzvlərinin qarşıda duran vəzifələr və perespektivdə olan məsələlərin açıq müzakirəsi şəklində davam edib.
Bineqedi.com
Bir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 9 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi görseli olabilirBir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləZakir Həsənov təxribatlarla bağlı əmr verdi
Növbəti məqalədəİndiyədək neçə nəfərdən meymunçiçəyi testi götürülüb? – RƏSMİ