Binəqədidə gənc oğlan üzündən və boynundan bıçaqlanıb

0
35
tecili yardim

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bineqedi.com saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

9-cu mikrorayon ərazisində mübahisə zəminində bıçaqlanan 1993-cü il təvəllüdlü Əhmədov Bayram Sərdar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona üz və boyun nahiyəsində kəsilmiz bıçaq yaraları diaqnozu qoyulub. Yaralı cərrahi işlənilib, aidiyyatı üzrə həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Əvvəlki məqaləUkrayna qərarını verdi: Müharibə dayanır? – Rusiya riskə getdi
Növbəti məqalədəİlham Əliyev Ərdoğana başsağlığı verdi