Binəqədidə fəaliyyət göstərən “ZV” idman klubunun idmançılarının böyük uğuru

0
251
bineqedi-rayonu-binagadi
Binəqədi rayonunun ərazisində fəaliyyət göstərən “ZV” idman klubunun idmaçıları Fərid Ağamoğlanov (full kontakt, 63.5 kq) və Anar Məmmədov (low kick, 57 kq) Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq idman növü üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Bineqedi.com xəbər verir ki, idmançıların məşqçi-müəllimi (“Ağ Canavar” ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 26 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu) Eduard Məmmədovdur.
İdmançılarımızı təbrik edir, gələcək yarışlarında uğurlar arzu edirik!
Bineqedi.com
Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 12 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Əvvəlki məqaləBakı İrəvana hansı YENİ TƏLƏBLƏRi irəli sürməyə hazırlaşır? – Bu dəfə Ermənistana qaçış yoxdur
Növbəti məqalədəEmin Əmrullayev: “Belə müəllimin şagird qarşısına çıxması günahdır”