“Ermənistan yeni münaqişə ocağının yaranmasına çalışır”

0
48
ombudsman-sebine-eliyeva

Ombudsman Aparatı son günlər Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən növbəti hərbi təxribatlarla münasibət bildirib. 

Bineqedi.com saytı quruma istinadən xəbər verir ki, Ermənistan yenə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Azərbaycana qarşı təxribatçı əməllər törətməklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Qeyd etmək istərdik ki, son vaxtlar demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri dövlət sərhədinin müxtəlif bölgələrindən Azərbaycan Respublikasının mövqelərini atəşə tutmaqla vəziyyəti gərginləşdirməyə və yeni münaqişə ocağının yaranmasına çalışır. Eyni zamanda qarşı tərəf təxribat-diversiya qrupları vasitəsilə Daşkəsən, habelə işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazilərində çoxsaylı minalar basdırır ki, bu da insanların həyat və sağlamlığının ciddi təhlükə altına düşməsinə səbəb olur”.

Məlumatda bildirilib ki, Ermənistanın hər iki ölkə arasında sülh danışıqlarına zərbə vuran təxribat xarakterli bu kimi əməlləri tərəfimizdən dəfələrlə şiddətli şəkildə qınanılıb və müvafiq beynəlxalq qurumlara müraciətlər olunub. Lakin hələ də Ermənistana qarşı beynəlxalq səviyyədə məsuliyyət müəyyən edən tədbirlər görülmədiyindən, onun Azərbaycanın ərazisinə və mülki əhalisinə etdiyi hücumlar artmaqdadır, bütün bunlar isə regionda bərpa-quruculuq və sülh prosesinə zərbə vurur, həmçinin insan hüquq və azadlıqlarının təmininə maneə törədir.

Bineqedi.com

Əvvəlki məqaləBu xidmətlər ödənişli olacaq – SİYAHI
Növbəti məqalədəBinəqədidə “Zəfər tariximiz” adlı layihənin açılış tədbiri keçirilib – FOTOLAR