Binəqədidə “Zəfər tariximiz” adlı layihənin açılış tədbiri keçirilib – FOTOLAR

0
51
bineqedi-zefer-tarixi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilati dəstəyi ilə 2022-ci kiçik qrant müsabiqəsinin qalibi “Davamlı İqtisadi və Sosial Maarifləndirmə” ictimai birliyinin Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş “Zəfər tariximiz” adlı layihəsinin açılış tədbiri, filmin və ictimai birliyin sədri Kubra Əliyarlının Vətən müharibəsindən bəhs edən və müxtəlif vaxtlarda qələmə aldığı məqalələrindən ibarət kitabça təqdimatı keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə öncə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canına fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Torpaqlarımızın işğalından, ermənilərin orada törətdiyi vandalizm əməllərindən, ordumuzun Vətən müharibəsində qazandığı zəfərdən bəhs edən, şəhid ailəsi və qazilərimizin müsahibələrinin yer aldığı filmə baxış keçirildi.
“Davamlı İqtisadi və Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Kubra Əliyarlı tədbirin rəsmi hissəsini açaraq layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, tarixi topaqlarımızın işğaldan azad edilərək tariximizin parlaq səhifəsinə çevrilmiş 44 günlük Vətən müharibəsində xalqımızın və ordumuzun göstərdiyi qəhrəmanlıq, həmrəylik daim təbliğ edilməli, yerli və dünya ictimaiyyətinə çatdırılmalıdır.
Kubra Əliyarlının sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi: “İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın həmrəyliyi, dövlətimizin qətiyyəti, ordumuzun rəşadəti sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq. Şəhadətləri ilə zəfər tarixini yazan şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, göstərdikləri igidlik daim minnətdarlıqla xatırlanacaq”.
Tədbirdə Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin həyat yoldaşı Günay Kəlbiyeva, qazilər Ruslan Şıxıyev və Ceyhun Sədrayev çıxış edərək layihə ilə bağlı və fikirlərini bölüşdülər. Şəhidlərimizin və qazilərimizin mərdliyindən, şücaətindən bəhs edən bu cür layihələrin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd edərək, göstərilən diqqətə görə təşəkkür etdilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov çıxışında Ermənistan silahlı qüvvələrinin tarixən dövlətimizin və xalqımızın başına gətirdiyi müsibətlərdən və faciələrdən söz açdı. Onun sözlərinə görə Azərbaycan xalqı üzləşdiyi ən ağır vəziyyətlərdə məğrurluğunu qoruyub, torpaqlarımızın müdafiəsi üçün böyük fədakarlıqlar göstərərək, qanını, canını əsirgəməyib. Vətən müharibəsində qazandığımız zəfər isə xalqımızın əsl qəhrəmanlığının, sonsuz Vətən sevgisinin bariz nümunəsidir. “Zəfər tariximiz” adlı layihəni önəmli edən isə məhz şanlı tariximizə həsr olunmasıdır.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva tədbirdə nitq söyləyərək 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi ilə möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşında böyük qürur və iftixar hissi yaratdığını vurğuladı. 30 ildən sonra erməni işğalı altında olan torpaqlarımızın azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkün soydaşlarımızın doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu qeyd etdi. Çıxışının sonunda “Zəfər tariximiz” layihəsinin maarifləndirici əhəmiyyətini yüksək qiymətləndirdi.
Sonda “Zəfər tariximiz” adlı layihə çərçivəsində ərsəyə gələn film və kitabça tədbir iştirakçılarına paylanıldı, xatirə fotosu çəkdirildi.
Bineqedi.com
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və hərbi forma şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 4 nəfər, ayaqüstə duran insanlar və hərbi forma şəkili ola bilərBir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, hərbi forma və içəridə şəkili ola bilərBir 1 nəfər, oturmalı, ayaqda və içəridə şəkili ola bilərBir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Azerbay" şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqalə“Ermənistan yeni münaqişə ocağının yaranmasına çalışır”
Növbəti məqalədə“Azərbaycanla Ermənistan sülh sazişinin əsas bəndlərini razılaşdırıb”