Binəqədi rayonu ərazisində həftə ərzində təmizlik, iməcilik mütəmadi şəkildə davam etdirilib. Bineqedi.com saytı xəbər verir ki, rayon ərazisində mərkəzi və qəsəbədaxili yollar təmizlənib.
Həmçinin mövcud yaşıllıqlara xüsusi diqqət göstərilib, yabanı otlar təmizlənib və ətraf ərazidə təmizlik işləri aparılıb, eyni zamanda məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənib, park ərazilərində yazılan yazıların silinməsi işləri aparılıb.
Bineqedi.com