Bakıda 36 yaşlı kişi bıçaqlanıb.
Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci Mədən, Korpus 9 ünvanında qeydə alınıb.
Kənan adlı şəxs 1986-cı il təvəllüdlü E. Allahverdiyevi bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bakının Binəqədi rayonunda 8 yaşlı uşaq isə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
2014-cü il təvəllüdlü Q. M. M. qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bineqedi.com