Xocəsən qəsəbəsində şəhid Şəhriyar Qasımovun anım mərasimi keçirilib – FOTOLAR

0
60
bineqedi-sehid-anim-xocasen.png
Xocəsən qəsəbəsində Vətən müharibəsi şəhidi Şəhriyar Qasımovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edilib.
Bineqedi.com xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Nərimaov Rayon İcra Hakimiyyəti başçısı Elgin Həbibullayev, Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının nümayəndləri, Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, DSMF Binəqədi rayon şöbəsinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə çıxış edənlər şəhid Şəhriyar Qasımovun şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əhəmiyyətindən danışdılar.
Şəhidin valideynləri övlad itkisinin nə qədər ağır olduğunu bildirsələr də, övladlarının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr duyduqlarını diqqətə çatdırdılar və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bineqedi.com
Bir 3 nəfər və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 13 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləBu gün Əliyev, Putin və Paşinyanın görüşü olacaq
Növbəti məqalədəQarabağdakı sülhməramlıların mandatı uzadılmayacaq