8 Noyabr – Zəfər Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən dəyirmi masa təşkil olunub.
Bineqedi.com xəbər verir ki, görüşdə Binəqədi RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, sədr müavini Təranə Paşayeva və şura üzvləri, o cümlədən Vətən müharibəsi qaziləri iştirak edib.
Tədbir iştirakçıları öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən natiqlər xalqımızın bir yumruq kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən danışıblar.Çıxış edənlər, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.
Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı Vətən müharibəsi qaziləri Şəhriyar İbrahimli , İlkin Kərimli və Elvin Cəfərov şanlı döyüş yollarında bəhs edib, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda Şura kollektivi tərəfindən qazilərimizə xatirə hədiyyələri təqdim olunub, xatirə fotosu çəkildi.
Bineqedi.com









