Binəqədidə yol qəzaları olub, xəsarət alanlar var

0
67
bineqedi-qeza

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Bineqedi.com saytı APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib.

Nəticədə minik maşını yol kənarında nasaz vəziyyətdə dayanan “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan minik maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Binəqədi rayonu ərazisində daha bir yol qəzası baş verib.

Hadisə Bakı-Sumqayıt şossesininin Biləcəri qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirib.

Nəticədə avtomobil aşaraq yolayrıcı betona çırpılıb.

Qəza zamanı avtomobildə olan iki sərnişin xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqalə“Azərbaycan “Zəngəzur dəhlizi” mövzusunu qapatmayıb” – Eks-nazir
Növbəti məqalədəBinəqədinin keçmiş bələdiyyə sədrinin məhkəmə prosesi davam edir