Bakıda içməli sudan qanunsuz istifadəyə dair ən çox fakt Binəqədidə aşkarlanıb

0
43
azersu

Bu ilin yanvar-oktyabr aylarında “Azərsu” ASC üzrə içməli sudan qanunsuz istifadə ilə bağlı 8 248 fakt aşkarlanıb.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, bunun 7 028-i Bakı, Sumqayıt və Abşeronda, digərləri isə bölgələrdə qeydə alınıb.

Həmin hallar üzrə 2 milyon 135 min kubmetr həcmində sərfiyyat müəyyən edilib.

Paytaxtda içməli sudan ən çox qanunsuz istifadə halı 1 643 olmaqla Binəqədi rayonunda qeydə alınıb. Bu faktlar üzrə 410 min kubmetr həcmində sərfiyyata görə vəsait bərpa olunub.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə qayın yeznəsini və onun qardaşını bıçaqlayıb
Növbəti məqalədəTibb işçilərinin əmək haqlarına əlavələr artırılır – ƏMR