Binəqədidə şəhid Vüsal Aftandil oğlu Məmmədovun anım mərasimi keçirilib – FOTOLAR

0
276
bineqedi-sehid-anim-tedbir.png
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi əsgər Vüsal Aftandil oğlu Məmmədovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edilib.
Bineqedi.com xəbər verir ki, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, bələdiyyənin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində şəhidlərimiz əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində erməni işğalçılarnı ölkəmizdən qovaraq vətənimizin bütövlüyünü bərpa ediblər.
Anım tədbirində xatirələrini bölüşən şəhidin anası və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Bineqedi.com
Bir 1 nəfər, çiçək, açıq hava və mətn şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, açıq hava və ağac şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə gənc qızı doğum günü avtomobil vurub
Növbəti məqalədəBinəqədi sakininin bank hesabından 5000 manat oğurlanıb