Binəqədi sakininin bank hesabından 5000 manat oğurlanıb

0
121
altinci-polis-bolmesi

Bakı sakininin bank hesabından 5000 manat oğurlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini T. Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə şəhid Vüsal Aftandil oğlu Məmmədovun anım mərasimi keçirilib – FOTOLAR
Növbəti məqalədəAzərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndiyə daxil olub