Azərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi Ruslan Fuad oğlu Tağıyevin övladı Nuray Ruslan qızı Tağıyevanın doğum günü qeyd edilib.
Bineqedi.com saytına verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən Azərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli , “Vətən uğrunda”, “İgidliyə görə” , “Laçının azad olunmasına görə” , “Suqovuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Ruslan Fuad oğlu Tağıyevin övladı Nurayın doğum günü qeyd edilib.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, bir qrup əməkdaş və gənclər şəhid övladını doğum günü münasibətilə təbrik edib və gələcək həyatında uğurlar arzulayıb.
Daha sonra dövlətimizin başçısı cənab İlham Əliyevin hər zaman şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıdan danışıb.
Şəhidin ailələ üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Bineqedi.com



