Binəqədi Rayon İcra Hakimiyyətində “MedEra Hospital”ın fəaliyyətinin 10 illik yubileyi münasibətilə görüş keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, RİH başçısının müavini Sevinc Süleymanova, RİH başçsı Aparatının şöbə müdirləri- Nicat Allahverdiyev, Sabir Əliyev, “MedEra Hospital”ın təsisçisi Qaraxan Əliyev və tibb müəssisəsinin icraçı direktoru Lalə Babayeva iştirak ediblər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayonun ictimai həyatında fəal iştirakına və “MedEra Hospital”ın fəaliyyətinin 10 illik fəaliyyəti müasibətilə klinikanın təsisçisi Qaraxan Əliyevi təbrik edərək əhalinin sağlamlığının qorunması istiqamətində məqsədlərin həyata keçirilməsi fəaliyyətində Qaraxan müəllimə və kollektivinə uğurlar arzu edib və Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Qaraxan Əliyevə Fəxri fərman təqdim olunub.
Qaraxan Əliyev ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən yeniliklərdən söhbət açaraq göstərilən diqqətə görə öz dərin minnətdarlığını bildirib.
Bineqedi.com




















