Binəqədidə tanışı ilə mübahisə edən şəxs bıçaqlandı

0
87
bineqedi-rayon-polis-idaresi

Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanıb.

Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü O. F. Həsən oğlu tanışı ilə şəxsi münasibətlər zəminində dava zamanı bıçaqlanıb.

Yaralı aldığı ağır bədən xəsarətlərinə görə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bineqedi.com

Əvvəlki məqaləİrəvan beynəlxalq aləmdə çaşqınlıq yaratmaq istəyir – Azərbaycan XİN-dən Ermənistana cavab
Növbəti məqalədə7-ci mikrorayonda törədilmiş dəhşətli qətlin təfərrüatları – Məhkəmə prosesi