7-ci mikrorayonda törədilmiş dəhşətli qətlin təfərrüatları – Məhkəmə prosesi

0
132
yeddinci-mikrorayon (1)

Bakının Binəqədi rayonu, 7-ci mikrorayonda sevgilisini qətlə yetirməkdə təqsirli bilinən S. Məmmədovun cinayət işi üzrə təfərrüat məlum olub.

Hadisə Binəqədi rayonu, 7-ci mikrorayon, S. S. Axundov küçəsində baş verib.

1996-cı il təvəllüdlü M. S. Xanlar oğlu “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu, 1989-cu il təvəllüdlü İ. P. Fərman qızına qısqanclıq zəminində beş bıçaq zərbəsi vurub. Nəticədə P.İ. ölüb.

Həmin gecə S. Məmmədov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən S. Məmmədov bildirib ki, P. İsmayılova ilə 2019-cu ildə tanış olub. Aralarında yaxın münasibət yaranıb. Bir müddət qadının kirayədə qaldığı evdə birlikdə yaşayıblar. Amma təxminən iki aydan sonra mübahisələri yarandığından ayrılıblar.

Noyabrın 10-da dostu Cabirin vasitəsilə P. ilə barışıb və Binəqədi qəsəbəsində kirayədə yaşayıblar.

Bir müddət sonra P. ona birgə yaşamaq istəmədiyi haqda mesaj göndərib.

S. axşam evdən mətbəx bıçağını götürüb “Bilyard” çay evinə yollanıb. Onun sözlərinə görə, məqsədi qadınla barışmaq olub. Obyektdən əvvəl Cabir, sonra isə P. çıxıb. Onu öldürəcəyini deyib cibindəki bıçağı çıxarmaq istəyəndə Cabir ona mane olmağa çalışıb. Buna baxmayaraq, S. qadına beş bıçaq zərbəsi endirib.

Hadisədən sonra qaçıb, bıçağı zibil yeşiyinə tullayıb.

Bineqedi.com saytı Ölkə.az-a istinadən xəbər verir ki, məhkəmə prosesi zamanı S. Məmmədov özünü qismən təqsirli bilib.

Məhkəmənin hökmü ilə S. Məmmədov 18 il müddətinə azadlıqdan məhrum olunub.

 

Əvvəlki məqaləBinəqədidə tanışı ilə mübahisə edən şəxs bıçaqlandı
Növbəti məqalədə Aprel döyüşlərinə aid yeni şeir – Aprel döyüşləriylə, yeni tarix başladı…