Binəqədidə növbəti zəncirvari qəza – Avtomobil aşıb, xəsarət alanlar var – FOTOLAR

0
137

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı maşının sürücüsü metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Həmin istiqamətdə olan “Hyundai”, “Opel” və digər “Toyota” markalı maşınların sürücüləri sükana nəzarəti itirdiklərindən avtomobillər ardıcıllıqla bir-birinə çırpılıblar.

Nəticədə “Toyota” markalı maşında olan iki nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb ediliblər. Yaralılara ilkin tibbi yardım göstərilib.

Yol Patrul Xidmətinin əməkdaşları əraziyə evakuator xidməti çağırıblar. Maşınlar ərazidən götürülüb, hərəkət bərpa edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Əvvəlki məqaləBinəqədidəki partlayışdan sonra dağıntılar altında polis forması – VİDEO
Növbəti məqalədəMaaş və pensiya artımları bu şəxslərə də aiddir