Binəqədidə əmək yarmarkası keçiriləcək – ELAN

0
198
bineqedi-binagadi-binəqədi
25 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyilə Bakı Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub.
Bineqedi.com saytı xəbər verir ki, ərazi vahidi üzrə əhalinin məşğulluğunun təmin olunması məqsədilə 25 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyilə “Sun Food” MMC -nin sifarişi əsasında Bakı Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur.
Bunu nəzərə alaraq, aşağıdakı şərtlərə uyğun vətəndaşların yarmarkaya dəvət olunmasına köməklik etməyinizi Sizdən xahiş edirik. Cəlb olunacaq vətəndaşların vakansiya şərtlərinə uyğunluğu zəruridir.
Keçiriləcək yarmarkaya dair məlumatlar:
Keçiriləcək ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 90 ( Şəfa stadionun yaxınlığında Azərsun Holdinq” Şirkətlər Qrupunun inzibati binası)
Saat – 10.00-13.00
Vakansiya adı – Vitrin tərtibatçısı – Merçendayzer
Yaş kateqoriyası – 35 yaşa qədər
Cinsi -Qadın
Təhsil səviyyəsi – Orta təhsil/ Ali təhsil
İş təcrübəsi – Satış sahəsində təcrübə arzuolunandır.
Təqdim olunan vakansiya sayı – 50
İş qrafiki – Həftə içi 5 gün / həftəlik – 40 saat
İşə qəbul olunacaq vətəndaşların yaşayış ünvanlarına yaxın ərazilərdə işlə təmin olunmasına çalışılacaqdır.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədi rayonu 276 №-li tam orta məktəbdə Latviyaya həsr olunmuş tədbir keçirilib – FOTOLAR
Növbəti məqalədəXankəndidən İrəvana iki gizli yol var?