Binəqədidə kişi əvvəl arvadını bıçaqladı, sonra intihar etdi – Təfərrüatlar

0
120
evden-meyit

Binəqədidə ər arvadını bıçaqladıqdan sonra intihar edib.

Bineqedi.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi də sözügedən hadisə ilə bağlı məlumat yayıb.

Belə ki, ötən gün axşam saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Dərhal əraziyə Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq birmərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar. Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cuvarov A.-nın meyiti və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cuvarov M.A. aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, A. Cuvarov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı P. İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd edib, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək canına qıyıb.

Binəqədi rayon sakinləri P. İsmayılovanın xəsarət alması və A. Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü A. Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı P. İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bineqedi.com

Əvvəlki məqaləPensiya artımı bu şəxslərə şamil ediləcək
Növbəti məqalədəMillət vəkilimiz Azay Quliyev partlayış nəticəsində zərər çəkmiş seçicilərlə görüşüb – FOTOLAR