“Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 4a saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında ilkin araşdırmalara görə təbii qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində zərər çəkmiş seçicilərimlə görüşdüm və onların dağıntıya məruz qalmış mənzilləri ilə tanış oldum”.
Bineqedi.com saytı xəbər verir ki, bunu 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azay Quliyev bildirib.
Seçiciləri narahat edən əsas məsələ partlayış nəticəsində dəymiş ziyanın ödənilməsi, mənzillərinin təmiri və bu cür faciələrin gələcəkdə baş verməməsi üçün etibarlı tədbirlərin görülməsidir.
Ümid edirəm ki, müvafiq dövlət qurumları qeyd olunan problemlərin həllini qısa müddətdə təmin edəcəklər.
Məsələnin həlli nəzarətdə saxlanılacaq”,-deyə Azay Quliyev bildirib.
Bineqedi.com
























