Millət vəkilimiz Azay Quliyev partlayış nəticəsində zərər çəkmiş seçicilərlə görüşüb – FOTOLAR

0
119
azay-quliyev-secicilerle-gorus-bineqedi
“Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 4a saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında ilkin araşdırmalara görə təbii qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində zərər çəkmiş seçicilərimlə görüşdüm və onların dağıntıya məruz qalmış mənzilləri ilə tanış oldum”.
Bineqedi.com saytı xəbər verir ki, bunu 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azay Quliyev bildirib.
“Təəssüf ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb və 6 mənzil tamamilə yararsız vəziyyətə düşüb.
Seçiciləri narahat edən əsas məsələ partlayış nəticəsində dəymiş ziyanın ödənilməsi, mənzillərinin təmiri və bu cür faciələrin gələcəkdə baş verməməsi üçün etibarlı tədbirlərin görülməsidir.
Ümid edirəm ki, müvafiq dövlət qurumları qeyd olunan problemlərin həllini qısa müddətdə təmin edəcəklər.
Məsələnin həlli nəzarətdə saxlanılacaq”,-deyə Azay Quliyev bildirib.
Bineqedi.com
Bir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir 1 nəfər və içəridə şəkili ola bilərBir 4 nəfər şəkili ola bilərBir 1 nəfər şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə kişi əvvəl arvadını bıçaqladı, sonra intihar etdi – Təfərrüatlar
Növbəti məqalədəÜçüncü Dünya Müharibəsi Zəngəzurda başlaya bilər?