“Azərbaycanlı qardaşlarımız bir millət olduğumuzu hər zaman göstərirlər”

0
104
Zelzele-Turkiye-turkiye-zelzele

“İndi ən önəmli olan canları qurtarmaqdır. 100-113 saat keçəndən sonra insanın dağıntılar altından sağ çıxması möcüzədir”.

Bineqedi.com saytı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Kahramanmaraşda dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə əməliyyatları izləyərək deyib.

“Allahın köməyi ilə bu işlər uğurla davam edər. Hörmətli Türkiyə Prezidentinin dediyi kimi bir il ərzində bütün bunlar yenidən bərpa ediləcək. Qüdrətli Türkiyə dövləti indiyə kimi bütün qoyduğu hədəflərə çatdığı kimi, bu hədəfinə də çatacaq. Təbii ki, ağır dərd və sınaqdır. Əminəm ki, bunun öhdəsindən birlikdə gələcəyik”, – C.Bayramov vurğulayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib.

O, bu barədə Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib.

“Qardaşlarımız Türkiyədə baş vermiş yanğınlar zamanı da bizə köməklik etdi. Var olsun, Azərbaycan!”

“Sağ olsun, azərbaycanlı qardaşlarımız, xilasedicilər bir millət olduğumuzu hər zaman göstərirlər”.

“Azərbaycanla kədərimiz də, sevincimiz də bir, acımız da, zəfərimiz də birdir, -o əlavə edib.

Əvvəlki məqaləBinəqədidə yeni marşrut xətti təşkil edilib – Yeni yaşayış massivinin sakinlərinin işi asanlaşacaq
Növbəti məqalədəElxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR