Binəqədidə yeni marşrut xətti təşkil edilib – Yeni yaşayış massivinin sakinlərinin işi asanlaşacaq

0
121
avtobus

“Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Bineqedi.com saytına Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Yeni müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 13-dən tarixindən fəaliyyət göstərəcək.

Beləliklə, Binəqədi rayonu Xocəsən qəsəbəsində Şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin metro stansiyası istiqamətində hərəkəti asanlaşacaq.

Bineqedi.com

Əvvəlki məqaləZakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib – Hansı tapşırıqlar verilib?
Növbəti məqalədə“Azərbaycanlı qardaşlarımız bir millət olduğumuzu hər zaman göstərirlər”