Erməni xilasedicilərdən Türkiyədə rüsvayçılıq: həlak olanların şəxsi əşyalarını oğurlayırlar

0
121
turkiye-zelzele-qardash-turkiye-daginti.png

Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş etdirmiş oldular. Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən ermənilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb.

Milli İstiqbarat Təşkilatının (MİT) əməkdaşları Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar. Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib.

Hatay vilayəti prokurorluğu talan maddəsi ilə cinayət işi açıb. Həbs olunanların hər ikisi Ermənistandan olan xilasedici qrupun nümayəndələridir.

Yeri gəlmişkən, xəbər yayıldıqdan sonra “Agos” qəzetinin baş redaktoru xəbəri təkzib etməyə çalışıb.

“SputnikARM” ilə söhbətində “Agos” qəzetinin baş redaktoru Baqrat Estukyan yayılan xəbərdən təəccübləndiyini deyib. Bildirib ki, “yayılan xəbər feykdir və heç kimə belə bir söz deməyib. Bu məlumat doğru deyil. İlk dəfədir ki, eşidirəm”. Estukyan erməni xilasediciləri ilə daim əlaqə saxladığını və onların tezliklə Ermənistana qayıda biləcəyini istisna etməyib.milli.az

Əvvəlki məqaləBinəqədidə 33 yaşlı qadın özünü asıb?
Növbəti məqalədəYAP Binəqədi rayon təşkilatının sədri: “Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”