Bakıda intihar hadisəsi olub.
Bineqedi.com saytının Lent.az-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsi, 12-ci küçədə qeydə alınıb.
Bu ünvanda yaşayan 33 yaşlı Q. Y. Altay qızı yaşadığı evdə özünü asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Bineqedi.com