Binəqədi məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib – FOTOLAR

0
124
bineqedi-resm-musabiqesi-xocali.png
26 Fevral– Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
Bineqedi.com xəbər verir ki, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 6 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirin məqsədi Xocalı Soyqırımının 31-ci ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycan tarixinin təbliği və istedadlı şagirdlərin təsviri sənət üzrə bacarıqlarının inkişaf etdirilməsi olub.
Müsabiqənin nəticələrinə əsasən, 179 nömrəli tam orta məktəbdən Ağayev Cəlal I yer, 217 nömrəli tam orta məktəbdən Qubadzadə Aysun II yer, 205 nömrəli tam orta məktəbdən Abdullayeva Mələkxanım III yeri tutub.
Digər iştirakçılara fərqlənmə diplomları təqdim olunub.
Bineqedi.com
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirFotoğraf açıklaması yok.Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir6 kişi sanatı olabilirBir 12 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləBinəqədidə ana dörd uşağı ilə birlikdə itkin düşüb
Növbəti məqalədəElxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR