Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
118
elxan-allahverdiyev-seyyar-qebul-xocasen-qesebesi.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edidlər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib.
Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Xocəsən yeni yaşayış massivi ilə Hökməli qəsəbəsi arasında yerləşən yaşayış sahəsinin su təchizatı ilə təmin edilməsi, Xocəsən qəsəbəsində, Şəhidlər bulağından sağ tərəfdə 150 metr küçənin, Abşeron küçəsinin və Şəhid Səmədov Nicat və Sərkərdələr (Şəhid Niyət Şirəliyev küçəsi) küçələrinin sona qədər asfaltlanması, 103 saylı köhnə məktəb binasında Gənclər mərkəzinin yaradılması, 155 saylı avtobus xəttinin Yeni Sulutəpə qəbiristanlığına qədər uzadılması və eyni zamanda 157 saylı sərnişin avtobus xəttinin Xocəsən Sağlamlıq mərkəzindən Xocəsən qəbiristanlığına qədər yenidən bərpa edilməsi, 328 saylı uşaq bağçasının qarşısında təmizlik işlərinin aparılması, Xocəsən qəsəbəsində yerləşən poçtun ətrafında təmizlik işləri aparılması və kanalın təmizlənməsi, qəsəbə ərazisində sahibsiz itlərin sayının artması və bununla əlaqədar tədbir görülməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bineqedi.com
Bir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, ayakta duran insanlar, oturan insanlar, takım elbise ve iç mekan görseli olabilirBir 5 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 5 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 8 kişi ve ayakta duran insanlar görseli olabilirBir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 9 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 5 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləBinəqədi məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə 35 yaşlı kişini avtomobil vurub