Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib

0
167
haci-sahin-hesenli-ilahiyyatci.png

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə onun rəsmi feysbuk səhifəsində məlumat verilib: “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”.

49 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.

TƏBİB Hacı Şahin Həsənlinin ölüm səbəbini açıqlayıb.

TƏBİB-dən verilən xəbərə görə, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Şahin Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Ürəktutmadan dünyasını dəyişən Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin sonuncu vatsap statusu diqqət çəkib.

Statusdan ilahiyyatçının ölümünü əvvəlcədən hiss etdiyi görünür.

O, Xalq şairi Ramiz Rövşənin “Mən bura özümü görməyə gəldim” şerindən bir bənd paylaşıb.

Hacı Şahinin sonuncu statusunu təqdim edirik:

Bineqedi.com
Əvvəlki məqalə“Erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində ilk addım atılıb”
Növbəti məqalədə“Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda konfrans – FOTOLAR