“Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda konfrans – FOTOLAR

0
112
ulu-onder-tedbir-bineqedi-fhn.png
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatı sədrinin müavini Sevinc Abdullayeva, Gənclər və İdman Nazirliyinin Binəqədi Rayon İdarəsinin rəisi Namiq Tarverdiyev və Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri Tarix elmləri doktoru, professor Ədalət Qasımov iştirak ediblər.Bir 2 kişi, ayakta duran insanlar, açık hava ve anıt görseli olabilir
İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilmiş və qarşısına gül dəstələri düzülmüşdür. Ulu Öndər Heydər Əliyev muzeyi ziyarət olunmuş, tədbirdə iştirak edən qonaqlar Heydər Əliyevin zəngin nəsillərə örnək irsi ilə tanış olublar.
Bir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər Ümummilli Liderin zəngin ömür yoluna nəzər salıblar. Onlar bildiriblər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbi olub. 2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu vurğulanıb. Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olmasından söz açılıb. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğu qeyd edilib.
Bir 8 kişi ve ayakta duran insanlar görseli olabilirEyni zamanda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib və bununla əlaqədar Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlı tərəfindən yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edilir.
Bir 15 kişi ve ayakta duran insanlar görseli olabilir
Ötən illərdə Azərbaycan xalqının müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğumuz mühüm tarixi nailiyyətləri diqqətə çatdırılıb, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu başda Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev olmaqla 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanmaqla sübuta yetirildiyini fəxrlə bildirib.Bir 3 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Konfransın sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Bineqedi.com
Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 1 kişi, ayakta ve askeri üniforma görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləTanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib
Növbəti məqalədəPrezident İlham Əliyev: “İndi dünya ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir”