Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən fərdi yaşayış evi yanıb.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
FHN-in “112” qaynar telefon xəttinə evdə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Binəqədi rayonunda baş verən digər hadisədə isə avtomobil 84 yaşlı kişini vuraraq öldürüb.
“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında qeydə alınıb.
Belə ki, S. M. Şirazi oğlu idarə etdiyi “VAZ-21074” markalı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa doğru keçən piyada, 1939-cu il təvəllüdlü
B. A. Nemət oğlunu vurub. Piyada aldığı xəsarətlərdən müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.