Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup azərbaycanlı xanım “Tərəqqi” medalı ilə təltif edilib.
Bineqedi.com saytı xəbər verir ki, təltif edilənlər arasında Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü də var.
Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü İradə Rizazadə “Tərəqqi” medalına layiq görülüb.
Bu münasibətlə İradə Rizazadəni ürəkdən təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar diləyirik!
Bineqedi.com