Binəqədidə ailə faciəsi – Kişi, oğlu və 18 yaşlı gəlini öldü

0
140
toy-dava-qetl-yas-olum-dem-qazi-zeherlenme

Bakı şəhəri, Binəqədi rayonunda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

Bineqedi.com saytı “Report”-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqalə“Ermənistan bölgədə süni gərginlik yaratmağa çalışır” – Müdafiə Nazirliyi
Növbəti məqalədəYAP Binəqədi rayon təşkilatının yaradılmasının 30-cu ildönümü və 8 Mart münasibətilə tədbir keçirilib – FOTOLAR