Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
182
elxan-allahverdiyev-bileceri-seyyar-qebul
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib.
Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Fərman Məlikov adına parkda su borusunun təmir olunmasından sonra yerin qazon örtüyünün bərpa olunması, Fərman Məlikov küçəsi 4 saylı binanın və Ş. Məmmədova bina 15, mənzil 33 ünvanında kanalizasiya xəttinin təmizlənməsi, Ş. Məmmədova 15 saylı binanın arxa hissəsində avtoparklanma yerinin salınması, “Dərnəgül” metrosu ətrafında sahibsiz itlərin yığışdırılması, Azadlıq prospekti 184/24 saylı binanın zirzəmisinə axan kanalizasiya sularının çəkilməsi və boruların təmir edilməsi, 151 saylı bağçanın qarşısından gedən yol istiqamətində yerləşən işıq dirəklərində lampaların yanmaması, vətəndaşın işlə təmin olunması, A. Kunanbayev 9/25 saylı binanın arxasında qurumuş ağacların budanması, 7-ci mikrorayon, 16 saylı binanın arxa hissəsində ağacların suvarılması üçün şərait yaradılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bineqedi.com
Bir 12 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 10 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 12 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilirBir 8 kişi ve ayakta duran insanlar görseli olabilirBir 7 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilir
Bir 9 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 11 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləPrezident ailəsi ilə Tərtərə getdi – Dövlət başçısının bayram münasibətilə xalqa müraciəti
Növbəti məqalədəBinəqədidə velosiped sürən kişi və qızını avtomobil vurub