Binəqədidə velosiped sürən kişi və qızını avtomobil vurub

0
99
bineqedi-tecili-yardim-qeza-bicaqlanma

Bakıda avtomobil velosipedlə toqquşub.

Bineqedi.com saytı lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Bəhlulzadə küçəsində qeydə alınıb.

45 yaşlı Rauf Süleyman oğlu Zeynalov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qarşısına çıxan velosipedçi 51 yaşlı Sabirabad rayon sakini Süliddin Lətif oğlu Əliyevi vurub.

Hadisə nəticəsində Süliddin Əliyev həyatını itirib. Velosipedin arxa oturacağında əyləşən, Süliddin Əliyevin qızı, 12 yaşlı Zeynəb Əliyeva açıq kəllə-beyin travması, beyin əsasının sınığı, daxili qanaxma və qabırğanın çoxsayılı sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləElxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə qadın mətbəxdə özünü asdı