Aprel döyüşlərinə aid şeir
Düşmənin təxriatı,
Öz başında çatladı.
Aprel döyüşləriylə,
Yeni tarix başladı.
***
Anılır qəhrəmanlar,
Bu obada, bu eldə.
İgid oğullarımız,
Tarix yazdı apreldə.
***
Cığır açdıq apreldə,
Zəfərə gedən yola.
Hamını sevindib,
Qürurlu edən yola.
***
Qığılcım idi sanki,
O aprel döyüşləri.
Həsrətlə gözləmişdik,
Bu anı, bu günləri…
Müəllif: Nicat İntiqam