“Şahin” hərbi-idman oyununun Binəqədi rayon mərhələsi keçirilib – FOTOLAR

0
112
sahin-herbi-idman-oyunu-bineqedi.png
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə hərbi hissə komandiri polkovnik Alim İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin əməkdaşı mayor Eldar Nəbiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, məktəb direktorları, hərbi hazırlıq, fiziki tərbiyə müəllimləri, hərbi hissənin gizir və zabitləri və 32 məktəb komandası iştirak edib.
İlk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilib.
Çıxış üçün söz hərbi hissə komandiri polkovnik Alim İsmayılova verilib. O, çıxış edib və qeyd edib ki, bu gün ordumuzda böyük ruh yüksəkliyi var, düşmən üzərində qazanılan böyük qələbə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun gücünü, vətənpərvərlik ruhu bir daha bütün dünyaya sübut etdi.
Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov bildirmişdir ki, “Şahin” hərbi-idman oyunları gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi üçün çox əhəmiyyətlidir.
Tədbirdə çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev də “Şahin” hərbi-idman oyunlarının gənclərimiz üçün vacibliyini vurğulamış, komandaların hər birinə uğurlar arzulayıb.
Qeyd edirik ki, oyunlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin,
Müdafiə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Fövqaladə Hallar Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.
“Şahin” hərbi-idman oyunlarında 32 ümumtəhsil məktəb komandasında 448 şagird iştirak edib.
Oyunun nəticələrinə əsasən Binəqədi rayon 157 nömrəli tam orta məktəb komandası I yer, 300 nömrəli tam orta məktəb komandası II yer, 314 nömrəli tam orta məktəb komandası III yeri tutub.
Məlumat üçün bildiririk ki, oyunun qalib komandası məktəblilər arasında Bakı şəhəri üzrə keçiriləcək zona birinciliyinə vəsiqə qazanıb.
Bineqedi.com
Bir 5 nəfər şəkili ola bilərBir 2 nəfər və Naməlum əsgərin məzarı şəkili ola bilərBir 4 nəfər şəkili ola bilərBir 14 nəfər şəkili ola bilərBir 12 nəfər şəkili ola bilərBir 14 nəfər şəkili ola bilərBir 11 nəfər şəkili ola bilər
Əvvəlki məqaləƏsgərimizə qarşı törədilən nifrət və işgəncə cinayətində Fransa kimi ölkələrin də payı var
Növbəti məqalədəPaşinyan: “Sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq”