Binəqədi rayon məktəblərinin müəllimləri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş voleybol turniri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5-7 iyun 2023-cü il tarixlərində 102 №-li tam orta məktəbdə “Heydər Əliyev İli”nə həsr olunmuş Binəqədi rayon məktəblərinin müəllimləri arasında voleybol turniri keçirilib.
Voleybol turnirinin nəticəsinə əsasən 1-ci yeri 83 №-li məktəb-liseyin kollektivi, 2-ci yeri 246 №-li məktəb-liseyin kollektivi, 3-cü yeri 182 №-li tam orta məktəbin kollektivi tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev iştirak edib.
Bineqedi.com





