Binəqədi rayon məktəblərinin müəllimləri arasında voleybol turniri keçirilib

0
102
bineqedi-mekteb-muellim-voleybol-turnir.png
Binəqədi rayon məktəblərinin müəllimləri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş  voleybol turniri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5-7 iyun 2023-cü il tarixlərində 102 №-li tam orta məktəbdə “Heydər Əliyev İli”nə həsr olunmuş Binəqədi rayon məktəblərinin müəllimləri arasında voleybol turniri keçirilib.
Voleybol turnirinin nəticəsinə əsasən 1-ci yeri 83 №-li məktəb-liseyin kollektivi, 2-ci yeri 246 №-li məktəb-liseyin kollektivi, 3-cü yeri 182 №-li tam orta məktəbin kollektivi tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev iştirak edib.
Bineqedi.com
Bir 8 nəfər və voleybol oynayan insanlar şəkili ola bilərBir 4 nəfər və voleybol oynayan insanlar şəkili ola bilər
Bir 5 nəfər və voleybol oynayan insanlar şəkili ola bilərBir 6 nəfər və voleybol oynayan insanlar şəkili ola bilərBir 8 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun xatirəsi yad edilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib – FOTOLAR