Binəqədidə evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

0
113
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 5-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqalə“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” – Mirzoyan
Növbəti məqalədəBinəqədidə Milli Qurtuluş Günü münasibətilə konsert proqramı keçirilib – Fotolar